Xarici KİV-in yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun bir sıra cənub-şərqi Asiya ölkələrinin rohincə qaçqınlarını öz ərazilərinə buraxmağa razılıq verməməsindən narahatlıq keçirdiyini dilə gətirib («BBC»).
Beynəlxalq miqrasiya təşkilatı xəbər verir ki, hal-hazırda içərisində minlərlə Banqladeş və Myanma qaçqını olan qayıqlar Tailandın sahil sularında «ləngər vurur». Qaçqınlar İndoneziya və Malayziya ərazilərinə buraxılmır (Rosbalt).
Bu ərəfədə məlum olub ki, Malayziya miqrantların növbəti dəstəsinin ölkə ərazisinə buraxılmasına icazə verməyib. Ölkənin hakimiyyət dairələri bildirir ki, qaçqınlar içməli su, yanacaq və ərzaqla təmin edildikdən sonra, onları daşıyan gəmi geri yola salınıb. Rəsmilərin sözlərinə görə, gəmidə 500 nəfərə yaxın rohincə və Banqladeş qaçqını olub.
Başqa bir xəbərdə isə deyilir ki, Tailand qaçqınla dolu bir gəmini qəbul etməyə razılıq verib. Amma Banqkok hələ bu məlumatı təsdiq etməyib. Miqrantlar özləri isə ehtiyatlanırlar ki, Tailandda onları həbs edə bilərlər.
AzPolitika.info


Şərhlər