Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəsi təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilsin.
Qeyd edək ki, İlqar Mustafayev Heydər Əliyev Fondunun ekspertidir. Bu barədə Trend-ə etibarlı mənbələrdən məlumat verilib. İlqar Mustafayev, eyni zamanda Xəzər İnkişaf Fondunun direktorudur.
İlqar Mustafayev Azərbaycn Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İlqar Əziz oğlu Mustafayevin Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, bu vəzifəni bundan öncə Rəşad Rəfael oğlu Məmmədov icra edib. Lakin dövlət başçısının may ayının əvvəlində verdiyi sərənamla o vəzifəsindən azad edilib.
Rəşad Məmmədov bu vəzifəyə 2011-ci ilin aprel ayında təyin edilmişdi.


Şərhlər