Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yeni rəisi İlqar Mustafayev Heydər Əliyev Fondunun ekspertidir. Bu barədə Trend-ə etibarlı mənbələrdən məlumat verilib.
İlqar Mustafayev, eyni zamanda Xəzər İnkişaf Fondunun direktorudur.
İlqar Mustafayev Azərbaycn Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İlqar Əziz oğlu Mustafayevin Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.


Şərhlər