Menu

Çörçillin evi icarəyə verilir

17.05.2015, 00:32
Çörçillin evi icarəyə verilir

Aylıq kirayə haqqı 33 min avro olacaq

Rusiya KİV-inin xarici xəbər agentliklərinə istinadla yaydığı məlumata görə, Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin doğulduğu və dəfn olunduğu malikanə icarəyə verilir. Tarixi abidə sayılan (Grade II) bina restavrasiya tələb edir. Onun qiyməti 4 milyon avro məbləğində dəyərləndirilir (Rosbalt).

Hər il 650 min turistin «baş çəkdiyi» turizm mərkəzinin qonşuluğunda yerləşən malikanəyə hazırda «xüsusi kirayənişin» axtarılır.

Aylıq kirayə haqqı 33 min 600 avro olacaq malikanə kirayəyə müqavilə əsasında, 20 il müddətinə veriləcək.

Binanın 18-ci əsrin əvvəlində tikildiyi ehtimal olunur. Üçmərtəbəli binanın bir çox orijinal detalları qorunub saxlanıb. Tam restavrasiya olunduqdan sonra binada 8 yataq otağı, vanna otağı, iki qonaq otağı, istirahət və ya kitabxana üçün nəzərdə tutulan bir balaca otaq olacaq. Bundan başqa, gələcək kirayənişin burada basseyn, əyləncə otağı və ya tennis kortu quraşdıra biləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol