«BBC» xəbər verir ki, mayın 16-da (şənbə günü) Roma papası Fransisk Fələstin dövlətinin prezidenti Mahmud Abbasla görüşün gedişində onu mələk adlandırıb.
Kilsə başçısı fələstinli siyasətçiyə üzərində mələk həkk olunmuş medalyon bağışlayıb və deyib: «Bu, yerinə düşdü, çünki Siz sülh mələyisiniz...» (Lenta.ru).
Hədiyyənin təqdim olunmasından əvvəl Müqəddəs kilsənin başçısı ilə Fələstin muxtariyyətinin prezidenti arasında göz-gözə, 20 dəqiqəlik danışıq olub.
Bundan bir neçə gün əvvəl Vatikan faktiki olaraq, Fələstini dövlət kimi tanıyıb. Fələstinlə bağlanmış müqavilədə Müqəddəs kilsə onu dövlət adlandırır və İsraillə münaqişəni həll etməyə çağırır. İsrail isə bu sənədlə bağlı məyusluğunu ifadə edib.
Abbas Vatikana, 19-cu əsrə aid iki fələstin monaxlığının mayın 17-nə nəzərdə tutlmuş qanuniləşdirmə mərasimində iştirak etmək üçün gəlib.
AzPolitika.info


Şərhlər