Menu

Büdcə kəsirlə icra olunub

18.05.2015, 14:27

manatAzərbaycanın 2014-cü il dövlət büdcəsi ÜDM-in 0,5%-i səviyyəsində kəsirlə icra olunub

2014-cü il ərzində dövlət büdcəsinin kəsiri 308 mln. 434,456 min manat və ya ÜDM-in 0,5%-ni təşkil edib.

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi Maliyyə Nazirliyinin saytında dərc olunub.

Nazirliyin məlumatına əsasən, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 400 mln. 565,231 min manat təşkil edib.

Gəlirlərin strukturunda ƏDV üzrə daxilolmalar 3 mlrd. 119mln. 578,003 min manat. mənfəət vergisi üzrə 2 mlrd. 302mln. 479,166 mln. manat, gəlir vergisi üzrə 980 mln. 344,191 min manat, aksizlər üzrə 797 mln. 328,833 min manat, gömrük rüsumları üzrə 365 mln. 894,297 min manat təşkil edib.

2014-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə daxilolmalar 9 mlrd. 337 mln. manat təşkil edib.

Qalan gəlirlər digər vergilər və maddələr üzrə əldə olunub.

2014-cü ildə dövlət büdcəsinin xərcləri 18 mlrd. 708 mln. 999,987 min manat təşkil edib.

Xərclərin strukturunda müdafiə sahəsinə 1 mlrd. 516 mln. 88,211 min manat, təhsil sahəsinə 1 mlrd. 553 mln. 864,912 min manat, səhiyyə sahəsinə 665 mln. 312,025 min manat, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 971 mln. 168,916 min manat təşkil edib.

2014-cü ildə dövlət kapital qoyuluşları 6 mlrd. 256 mln. 706,719 min manat olub.

Bundan başqa, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin reallaşmasına 1 mlrd. 171 mln. 999,167 min manat yönəldilib, qalan məbləğ digər xərclərin payına düşüb.

Nazirliyin məlumatına görə, 1 yanvar 2015-ci il tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq 1 mlrd. 728 mln. 622,3 min manat təşkil edib. Bu vəsait 2015-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilə bilər. /İnterfaks-Azərbaycan

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol