Menu

İrəvanda əsgər analarının etiraz aksiyası keçirilib

20.05.2015, 16:55
İrəvanda əsgər analarının etiraz aksiyası keçirilib

Bu gün Ermənistan Prezident Administrasiyasının qarşısında əsgər analarının etiraz aksiyası keçirilib. APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, aksiyada “Hər bir əsgər mənim oğlumdur!", "Qətllərin ədalətli araşdırılmasını tələb edirik!", "Əsgəri qorumaq lazımdır!", "Ordu – ətçəkən!" şüarları səsləndirilib.

Aksiya iştirakçıları əsgər analarına qarşı zorakılıq etmiş polis əməkdaşlarını da ittiham ediblər. Nümayişçilər Ermənistanın müvafiq strukturlarını həmin polisləri məsuliyyətə cəlb etməyə çağırıblar. Bu məqsədlə imzatoplama kampaniyasına başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol