Menu

Yerevan və Minsk Şərq Tərəfdaşlığı bəyannaməsini rədd etdi - "Krım ilhaq olunmayıb..."

21.05.2015, 10:39
Yerevan və Minsk Şərq Tərəfdaşlığı bəyannaməsini rədd etdi - "Krım ilhaq olunmayıb..."

Ermənistan və Belorus, Riqa Şərq Tərəfdaşlığı sammitinin yekun bəyanatında “Krımın ilhaqı” ifadəsi saxlanarsa, onu imzalamaqdan imtina etdiklərini bildiriblər, Reuter agentliyinin öz diplomatik mənbələrinə istinadən verdiyi məlumatda deyilir.

Sənədin ilkin variantındakı “Krımın qeyri-qanuni ilhaqı” ifadəsi üzrə Minsklə Yerevanın mövqeyinə görə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Belorus) mövqeyi ayrı-ayrılıqda ifadə olunan kompromis bəyanat hazırlanmalıdır.

Reters-in məlumatına görə, bəyanatda deyiləcək ki, Avropa İttifaqı Krımın Rusiyaya birləşməsini pisləyir. Bundan başqa, sənəddə keçmiş altı sovet respublikalarının BMT-də Krım referendumunu pisləyən qətnamə üzrə səsvermə zamanı ifadə etdikləri mövqeləri əks etdiriləcək.

Ermənistan və Belorus Rusiyanın mövqeyini dəstəkləyib.

Bəyanatın qarası cümə axşamı nəzərdən keçiriləcək.

Şərq Tərəfdaşlığı ölkələrinin dördüncü sammiti Riqada mayın 21-də açılır və iki gün davam edəcək.

Proqrama qatılan 6 ölkədən üçü – Ukrayna, Moldova və Gürcüstan – 2014-cü ildə Avropa İttifaqı ilə assosiasiya müqaviləsini imzalayıblar. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol