Rusiya prezidenti Vladimir Putin göstəriş verib ki, Soçi şəhərində keçiriləcək qiş olmpiya oyunları zamanı olimpiada ilə əlaqəsi olmayan tədbirlərin və mitinqlərin keçirilməsi üçün xüsusi yer ayrılsın. Bu haqda məlumatı Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskova istinadən İTAR- TASS agentliyi yayıb.
Dimitri Peskov bəyan edib ki,”sərbəst rejimdə” kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan məkanı olimpiya oyunlarının təşkilatçıları, Soçı şəhər və Krasnodar diyar rəhbərliyi birlikdə seçə bilər. Mətbuat katibi həmçının bildirib ki, həmin yerdə “lazım gələrsə” etiraz xarakterlı aksiyaların keçırilməsi də mümkündür.
İyirmi İkinci Qış Olimpiya oyunları fevralın 7-dən 23-nə kimi keçiriləcək.


Şərhlər