Menu

Azərbaycandan qayıdan ermənilər özünü öldürür

27.05.2015, 22:13
Azərbaycandan qayıdan ermənilər özünü öldürür

Xilasedicilər ərlə arvadı intihar fikrindən çəkindirməyə çalışırlar

Azərbaycan tərəfindən Ermənistana qaytarılan erməni ailəsi intiharla hədələyir.ANS PRESS-in məlumatına görə, İrəvanda Qevorkyan ailəsi 11-ci mərtəbədən özlərini ataraq intihar etmək istəyirlər.

Eqişe Qevorkyan və arvadı Ruzanna Mardaryan İrəvanda yerləşən 25 saylı binanın damına çıxaraq ətrafdakılara intihar edəcəklərini bildirib.

Hazırda hadisə yerində xilasedicilər işləyir, Onlar ərlə arvadı intihar fikrindən çəkindirməyə çalışırlar.

Xatırladaq ki, Qevorkyan ailəsi 2010-cu il, yanvarın 10-da Ermənistan_Azərbaycan sərhədini aşaraq Naxçıvan tərəfdən Azərbaycana qaçmışdı. Ailənin başçısı, 52 yaşlı Yegişe Qevorkyan Azərbaycana arvadı Ruzanna və üç uşağı ilə gəlmişdi. Ailə 2014-cü il, dekabrın 12-də öz istəyi ilə Ermənistana qaytarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol