Menu

ABŞ-ın İran danışıqlarında təmsilçisi vəzifədən gedir

28.05.2015, 10:35
ABŞ-ın İran danışıqlarında təmsilçisi vəzifədən gedir

Obama administrasiyasının nüvə danışıqlarında əsas təmsilçisi bu yay vəzifədən gedir.

Dövlət Departamenti rəsmiləri mayın 27-də bildiriblər ki, dövlət katibinin köməkçisi Uendi Şerman İranla altı dövlətin nüvə danışıqları bitən kimi vəzifədən gedəcək. Sazişin əldə olunması üçün iyunun 30-u son tarix qoyulub.

Şerman son iki ildə Avropada İran rəsmiləri ilə texniki müzakirələrin böyük hissəsini aparıb. Onun vəzifədə olduğu müddətdə Birləşmiş Ştatlarla İran 2013-cü ilin noyabrında aralıq sazişi, apreldə çərçivə sazişi əldə ediblər.

ABŞ dövlət katibi COn Kerrİ mayın 30-da iranlı həmkarı ilə görüşəcək. O, Şermanı komandasının “əsas” üzvü adlandırıb ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol