Menu

Şumaxerin yıxılma anı telefonla çəkilib

05.01.2014, 15:26
Şumaxerin yıxılma anı telefonla çəkilib

“Şpigel”in məlumatına görə, Almaniyanın Essen şəhərinin bir sakini “Formula1” sinfi üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin dağ xizəyi ilə sürüşən zaman yıxılması səhnəsini öz smartfonuna çəkib. Adı çəkilməyən kişi bildirib ki, o, Şumaxerin yıxılma anını öz rəfiqəsini smartfona çəkdiyi zaman qeydə alıb və hadisə baş verən yerə yaxın olub. Onun sözlərinə görə, arxa planda iki trassa arasında eniş üçün hazır olmayan yerdə xizəkçinin necə sürüşdüyünü və nə cür yıxıldığını görmək olur. O həmçinin bildirib ki, xizəkçi “sərbəst sürüş”lə, yəni saatda 20 kilometrdən az olan sürətlə hərəkət edib.

“Şpigel” qeyd edir ki, bu şahidin ifadələri Şumaxerin meneceri Sabina Kemin fikirləri ilə üst-üstə düşür. Belə ki, menecer bildirmişdi ki, Şumaxerin sürüşmə sürəti az olub. Ancaq bundan əvvəl Britaniyanın “Times” qəzeti məşhur pilotun sürətinin saatda 100 km-ə yaxın olduğunu yazmışdı. Videonun müəllifi bildirib ki, çəkdiyi materialı hadisə ilə əlaqədar təhqiqat aparan fransız prokurorluğuna verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol