Menu

15 məhbus venasını doğradı

28.05.2015, 19:51
15 məhbus venasını doğradı

Volqaqraddan Murmanskya gedən qatarda 15 məhbus venalarını doğrayıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları kütləvi intihar cəhdinin səbəbini araşdırır.

Hadisədən sonra Murmanskdakı cəzaçəkmə müəssisəsinə aparılan məhbuslar Peterburqun Ladojski vağzalında düşürülüblər. Hadisə yerinə çağırılan həkimlər xəsarətlərin nə qədər ciddi olub-olmadığını müəyyənləşdirir.

Bundan sonra onların xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsi haqda qərar veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol