Rusiya KİV-i xəbər verir ki, bu gün (cümə günü) Yaponiya və Avropa İttifaqı (Aİ) liderlərinin baş tutan sammitində Krımın Rusiyanın tərkibinə «daxil olması»nın heç vaxt tanınmayacağı barədə birgə bəyanat qəbul olunub (TASS).
Bəyanatda deyilir: «Biz əmin edirik ki, heç vaxt Krımın Rusiya tərəfindən ilhaq olunmasını tanımayacağıq və islahatlar keçirməkdə Ukrayna hökumətinə dəstək verməkdə davam edəcəyik...».
Bəyanatda o da vurğulanır ki, Yaponiya və Aİ Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini saxlamaq şərtilə, Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üçün bütün tərəfləri sülh razılaşmasına əməl etməyə çağırır. Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, «Ukrayna böhranının tənzimlənməsi istiqamətində Aİ və Yaponiya bundan sonra da əməkdaşlıq etmək niyyətində olduğunu təsdiqləyib».
Sammitdə Yaponiyanın Baş naziri Sindzo Abe, Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunker iştirak edib.
AzPolitika.info


Şərhlər