Menu

İrandan Azərbaycana keçmək istəyən silahlı qrupun qarşısı alınıb

06.01.2014, 11:30
İrandan Azərbaycana keçmək istəyən silahlı qrupun qarşısı alınıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrupun İrandan Azərbaycana keçmə cəhdinin qarşısı alınıb.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

«Sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunub və nəticədə silahlı toqquşma baş verib. Sərhədçilərin peşəkar və qəti hərəkətləri nəticəsində silahlı basqın dəf olunub, sərhəd pozucuları geri qaçmağa məcbur edilib», - deyə məlumatla bildirilir.

Hadisə yerinə baxış zamanı ərazidə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol