Menu

ABŞ vitse-prezidentinin oğlu beyin xərçəngindən vəfat edib

31.05.2015, 11:04
ABŞ vitse-prezidentinin oğlu beyin xərçəngindən vəfat edib

ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən vəfat edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Bo Bayden mayda müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.

ABŞ vitse-prezidentinin oğlu Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Son vaxtlar isə o investisiya şirkətində işləyib. Kiçik Bayden həmçinin Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.

ABŞ prezidenti Barak Obama və onun yoldaşı Mişel artıq Co Baydenin ailəsinə başsağlığı veriblər.

Bo Bayden 2010-cu ildə insult keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol