Menu

ABŞ-dan ŞİMALİ KOREYANIN NÜVƏ QÜVVƏLƏRİNƏ HÜCUM - ŞOK

31.05.2015, 12:14
ABŞ-dan ŞİMALİ KOREYANIN NÜVƏ QÜVVƏLƏRİNƏ HÜCUM - ŞOK

Xarici KİV-in məlumatına görə, 5 il bundan əvvəl ABŞ, Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahı proqramlarına qarşı «Stuxnet» casus virusunun köməyi ilə kompüter hücumu təşkil etmək cəhdi göstərib. Ancaq bu cəhd uğursuzluqla nəticələnib. Bu barədə «Reuters» agentliyinə əməliyyatla tanış olan mənbə xəbər verib (TASS).

Bundan əvvəl məlum olub ki, KİV-in məlumatına görə, Amerika və İsrail hərbçiləri 2009-2010-cu illərdə «Stuxnet» virusundan İranın nüvə obyektlərinə qarşı uğurla istifadə ediblər. Bunun sayəsində İranın proqramları ləngidilib. Bununla eyni vaxtda mütəxəssislər Koreya dilində tənzimləmə işləri zamanı kompüterə düşərkən aktivləşəcəyi gözlənilən versiya yaradıblar. Amma mənbələrdən birinin sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları KXDR-nın əsas maşınına - ölkənin öz nüvə silahlarına nəzarəti həyata keçirdiyi qurğuya «daxil ola» bilməyiblər.

Uğursuzluğun bir neçə səbəbi olub. Agentliyin mənbələrinin sözlərinə görə, bu əməliyyatı həyata keçirən ABŞ Miilli Təhlükəsizlik Agentliyi (MTA) Koreya proqramlarının müdafiəsini adlaya bilməyib. Bundan başqa, KXDR-nın şəbəkəsinin özü dünyada ən izolə olunmuş sistem hesab edilir. Burada ölkənin yalnız ali rəhbər şəxslərinin internetə girişi var. Həm də giriş Çin üzərindən gerçəkləşir. Bu versiya dolayısı ilə həm də onunla təsdiqini tapır ki, hücumun uğurla həyata keçdiyi İran ümumdünya «hörümçək toru»ndan xarici şirkətlərlə qarışılıqlı münasibətlər zamanı xeyli fəal şəkildə istifadə edir.

MTA-nin özündə rəsmi şərhdən imtina edilir.

Bundanəvvəl «Wall Street Journal» qəzeti xəbər verib ki, çinli ekspertlər KDR-nın, Vaşinqtonda düşünüldüyündən daha çox nüvə arsenalına sahib olduğu barədə ABŞ-ı xəbərdar ediblər. Qəzet bu barədə yazıb: «Çinin amerikalı nüvə mütəxəssisləri ilə birgə qapalı görüşündə onların nəzərinə çatdırdığı son məlumatlara görə, mümkündür ki, artıq Şimali Koreya 20 nüvə başlığına və özünün nüvə arsenalını növbəti ilə qədər 2 dəfə artırmağı nəzərdə tutan «uran zənginləşdirilməsi» imkanlarına sahib olub...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol