Menu

Anar Nağılbazın mühacirətə getməsi xəbəri yayıldı

01.06.2015, 14:47
Anar Nağılbazın mühacirətə getməsi xəbəri yayıldı

Azərbaycanın ən məşhur reperlərindən biri Anar Nağılbazın ölkəni tərk etdiyi, mühacirətə yollandığı iddia olunur. Baku.ws xəbər verir ki, Çexiyaya yollanmış A.Nağılbaz bu ölkədə siyasi sığınacaq almaq istəyir. Hazırda onun qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu bildirilir.

Bu mərkəzdə təxminən 130 miqrant 3 həftə ərzində kiçik otaqlarda yaşayır. Müddət başa çatandan sonra miqrantla bağlı ya gəldiyi ölkəyə deportasiya qərarı qəbul olunur, ya da ona rəsmən qaçqın statusu verilir və bu şəxs şəhərdəki yataqxanalardan birinə yerləşdirilir.

Anar Nağılbaz tanınmış jurnalist, sabiq millət vəkili Rizvan Cəbiyevin oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol