Ötən ayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasının yanmasından sonra Bakının rayonlarına rəhbərlik edən şəxslərlə bağlı araşdırmalar gündəmə gəlib. Modern.az saytının bu yazısında Sabunçu rayonu barədə söhbət açılacaq.
Və öncədən qeyd edilməlidir ki, rayon sakinləri 2012-ci ilin aprel ayında Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Adil Vəliyevdən o qədər də razı deyillər. Ondan kifayət qədər narazılıqların olduğu bildirilir.
Məlumat üçün bildirək ki, Adil Vəliyev 1960-cı il aprelin 20-də Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1992-1996-cı illərdə Bakı şəhər İcra Hakimiyyətində şöbə müdiri olub. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyində rəis müavini vəzifəsində işləyib.
2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Eurostyle” LTD şirkətində çalışıb. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.
Adil Vəliyev Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə birinci müavini Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub.
O, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu, indi də davam edir.
İcra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu bildirilir.

Məlumatlara görə, Adil Vəliyev Suraxanının icra başçısı İlqar Abbasovla quda olduqdan sonra, Ənvər Vəliyev iki icra başçısının şərikli tikinti biznesinə rəhbərlik etməyə başlayıb və maşın biznesinə nəzarət tamamilə Şakir Alıyevin oğlu Azər Alıyevin nəzarətinə verilib.
O da qeyd olunur ki, İlqar Abbasovla şərikli tikinti biznesi quran Adil Vəliyev hər iki rayonda həyata keçirilən abadlıq işlərini oğlunun nəzarəti altında olan şirkətlərə verir və bu zaman külli miqdarda dövlət vəsaiti qiymətlərin şişiridilməsi vasitəsi ilə mənimsənilir. Elə sökülməsi nəzərdə tutulan «Talkuçka» ərazində tikiləcək olan yeni «göydələn» binaları da Ənvər Vəliyevin nəzarətində olan şirkətlərin həyata keçirəcəyi bildirilir.
Bu və digər məlumatlaeı dəqiqləşdirmək üçün modern.az Sabunçu rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq Adil Vəliyevin özü ilə danışmaq istəsə də bu, alınmayıb. Onun köməkçisi Müslüm Mahmudov isə Modern.az saytına bildirib ki, bu barədə mətbuatda kifayət qədər yazılıb: “Əgər rayonda görülən işlərlə maraqlansanız, böyük məmnuniyyətlə cavablandırardım. Amma sizin aydınlıq gətirmək istədiyiniz məsələ şəxsi olduğundan heç bir şəkildə kömək edə bilməyəcəm...”.

Amma bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin”.
Vaqif
AzPolitika.info

Şərhlər