Menu

AXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etməyib

06.01.2014, 21:12
AXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etməyib

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin növbəti toplantısı keçirilib.

Bu barədə APA-ya məlumat verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı billdirib ki, iclasda Müsavat Partiyasının əməkdaşlıq sazişi haqqında təklifi də müzakirə olunub və qəbul edilməyib: “Hesab edirik ki, müttəfiqlik və əməkdaşlıq Milli Şura çərçivəsində davam etməlidir. Hazıırda Milli şuradan kənarda hər hansı əməkdaşlığa ehtiyac duymuruq”.

Xatırladaq ki, Müsavat Partiyası Milli Şurada təmsil olunan partiya və hərəkatlara əməkdaşlıq müqaviləsi təklif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol