Menu

General Əli Nağıyev yol qəzasına düşdü - (YENILƏNDİ)

12.09.2013, 11:10
General Əli Nağıyev yol qəzasına düşdü - (YENILƏNDİ)

Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini xəstəxanaya yerləşdirilib

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini yol qəzasına düşüb. APA-nın məlumatına görə, hadisə ötən gün saat 17.00 radələrində Türkiyə səfirliyinin qarşısında qeydə alınıb. İçərisində Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin olduğu “Toyota Camry” markalı maşın başqa bir avtomobillə toqquşub.Qəza nəticəsində Ə. Nağıyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya hadisəni təsdiqləsələr də, bu barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, Ə. Nağıyevin qəzaya düşdüyü maşın onun xidməti avtomobili olub.

Avtomobili isə sürücüsü idarə edib.

***

Əli Nağıyevin qəza xəbəri yalan çıxdı

APA generaldan üzr istədi

“Əli Nağıyevin özü də, sürücüsü də hazırda işdədir”.

Bunu APA-ya Baş Prokurorluqdan qurumun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin yol qəzasına düşməsi barədə xəbəri şərh edərkən ildiriblər.

Məlumata görə, dünən Ə. Nağıyevin sürücüsünün idarə etdiyi avtomobil Türkiyə səfirliyi qarşısında yüngül qəza törədib.

Qəza zamanı Ə. Nağıyev avtomobildə olmayıb. Onun sürücü də hadisə nəticəsində heç bir xəsarət almayıb.

Qeyd edək ki, qəzanın baş verməsi xəbərini APA-ya Nəsimi Rayon Polis İdarəsi təsdiqləyib.

İlkin yayılan xəbərdə Ə. Nağıyevin hadisə nəticəsində xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

APA yanlışlığa görə oxucularından və Ə.Nağıyevdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol