Menu

Müsavatdan istefalar başladı

07.01.2014, 18:16
Müsavatdan istefalar başladı

Müsavatın Milli Şuradan çıxmaq qərarına etiraz olaraq partiya fəalı Azər Telmanoğlu onun sıralarından istefa verib. Bu barədə o, facebook səhifəsində açıqlama yayıb.

“Məni tanıyanlar bilir ki, 10 ildir Müsavat Partiyasının üzvüyəm, özü də aktiv üzvü. Yetərincə mübarizə aparmışam, bundan heç peşiman deyiləm və apardığım mübarizəyə görə qürur duyuram. Müsavat Partiyasının Milli Şuranı tərk etməsinə etiraz olaraq Müsavat Partiyasının sıralarını tərk edirəm. Bundan sonra heç bir partiyaya üzv olmaq fikrim yoxdur. Yəqin ki, dostlar mənim bu qərarımı anlayışla qarşılayacaqlar. Müsavat Partiyasına uğur arzulayıram”, - deyə açıqlamada bildirilir. Azər Telmanoğlu həm də Qarabağ qazisidir.

Bu istefaların davam edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol