Menu

Səddam Hüseynin əlaqələndiricisi öldü - Foto

06.06.2015, 12:20
Səddam Hüseynin əlaqələndiricisi öldü - Foto

İraqın sabiq vitse-prezidenti və xarici işlər naziri, Səddam Hüseynin dünya ölkələri ilə əlaqələndiricisi Tariq Əziz ölüb. SalamNews-un "Sumaria" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İraqın Ədliyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, o, Ziqar əyalətinin Nasiriyyə şəhərindəki həbsxanalardan birində səhiyyə vəziyyətinin pisləşməyindən sonra ölüb.

Tariq Əziz Səddam Hüseyn rejiminin ən yüksək rütbəli rəsmisi hesab edilir. O, ABŞ-ın İraqa müdaxiləsindən sonra təslim olub. İraq məhkəməsi onu ömürülük həbs və edam cəzasına məhkum edib. Lakin səhiyyə vəziyyətinin pisləşməyindən sonra haqqında edam icra edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol