Menu

İŞİD-ə qoşulmaq istəyən rus tələbə qız Türkiyədə dindirilir

06.06.2015, 14:57
İŞİD-ə qoşulmaq istəyən rus tələbə qız Türkiyədə dindirilir

Moskva Dövlət Universitetinin (MDU) əlaçı tələbəsi, İŞİD sıralarına qoşulmaq üçün gedərkən Suriya ilə sərhəddə saxlanılan Varvara Karaulova Türkiyənin xüsusi xidmət orqanlarında dindirilir.

Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, bu barədə tələbənin atası Pavel Karaulov bildirib. “O, türklərin öhdəsindədir, hələlik onunla danışa bilməmişəm” – deyib qızın atası.

Onun sözlərinə görə, hazırda Varvara Türkiyənin sərhəd şəhərlərinin olan Kilisdədir. Orada o, həmçinin də tutularkən onun daxil olduğu qrupun 13 üzvü ilə təhqiqat xarakterli hərəkətlərin aparılması davam etdirilir.

“Mən hələlik bilmirəm ki, onu Rusiya diplomatlarına nə vaxt verəcəklər. Ümid edirəm ki, bu, çox yaxın günlərdə baş verəcək. Mənə deyiblər ki, onu İstanbulda gözləyim” – qeyd edib Pavel Karaulov.

Öz növbəsində MDU dekanatlığı əlaçı tələbənin universitetdən xaric edilə biləcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol