Bakının Sabunçu-Zabrat yolunda baş verən dəhşətli qəzada 19 nəfər yaralanıb, 3 nəfər ölüb. ANS PRESS-in məlumatına görə, yaralılardan 12 nəfəri xəstəxanalara yerləşdirilib.Qeyd edək ki, bu gün Bakının Sabunçu-Zabrat yolunda “Shacman” markalı yük maşını 214 saylı “Daewoo” markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.
"Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub", - deyə Vüqar İbrahimli bildirib.
Qeyd edək ki, qəza zamanı 2 nəfər hadisə yerində keçinib. Bir nəfər də yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


--------
Bakının Sabunçu-Zabrat yolunda ölümlə nəticələnən ağır qəzasının bəzi detalları bəlli oldu.
ANS PRESS-in məlumatına görə, qəzada toqquşanlar 214 saylı “Daewoo” markalı marşrut avtobusu və “Shacman” markalı yük avtomobildir.
İlkin məlumata əsasən 2 nəfər hadisə yerində ölüb, bir neçə nəfər xəsarət alıb.
Toqquşanın zərbəsindən “Shacman”ın sürücüsü avtomobilin kabinasında sıxılmış vəziyyətdə qalıb. Onu cəsədini hadisə yerinə cəlb edilmiş FHN xilasediciləri çıxararıblar.
Faktla bağlı araşdırmalar aparılır. Ölən və yaralananların kimliyi araşdırılır.
---

Qəza nəticəsində ölən və yaralananlar var.
Şahidin sözlərinə görə, bir neçə Təcili Tibbi Yardım maşını və Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerindədirlər.
Ölən və yaralananların sayı, qəzanın baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.





Şərhlər