Menu

“Azərbaycanda daha bir devalvasiya ola bilər” - AİB rəsmisi

08.06.2015, 12:26
“Azərbaycanda daha bir devalvasiya ola bilər” - AİB rəsmisi

“Bizim fikrimizcə, manatın məzənnəsini bazarın tənzimlənməsinə sərbəst buraxmaq olardı”.

Bu sözləri Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.

“Çünki bu, ilk devalvasiya idi və sonra, sözsüz ki, daha bir devalvasiya ola bilər. Bu isə bir problemin iki dəfə yaşanması deməkdir. Ancaq vəziyyəti bazara həvalə edəndə, şok bir dəfə yaşanır və bir müddət sonra iqtisadi inkişafa nail olunur. Lakin bu məsələnin başqa tərəfi də var - Azərbaycanın maliyyə sektorunun bu təzyiqə hazır olması məsələsi çox önəmlidir. Məzənnənin birdən-birə sərbəst buraxılması fərqli bir nəticələrə səbəb ola bilərdi. Bəzən maliyyə sektoru bu şokun təsirindən 1-3 ilə özünə gəlir, bəzən isə bərpa prosesi 7-8 il davam edir.

Olli Noroyono qeyd edib ki, Türkiyənin özündə bu proses bir neçə dəfə yaşanıb: “2004, 2008, 2012-ci illərdə. Hər dəfə də bir neçə bank bazardan çıxıb. Buna görə də, nəzərə alınmalı olan məsələ bank sektorunun belə təsirlərə hazırlıqlı olmasıdır. Əgər Mərkəzi Bank belə qərar veribsə, deməli, bu daha önəmli olub. Güman edir ki, doğru qərar verilib. Lakin hər bir halda isrtənilən qərarın sonrakı çətinlikləri var”. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol