Mirzə Yusif
Azadlıq prospektinin beş addımlığında oluram. Hər dəfə "yanan bina"nın yanından keçəndə xəyalən o dəhşətli dünənimizə qayıdıram...
Hava bürkü,
can-xəstə.
Fikir
fikirin üstə.
Ürəyimdə
sözüm çox,
Kəlmələrim
canüstə.
...O qara tüstü ki var,
Bizim binadı,
yanır.
Daşa-divara nə var?!-
Körpə balalar
yanır!!!
Yanır...
atam, anam yanır,
bacım, qardaşım yanır,
dilim, dodağım yanır...
Ğörən,
fələk bilirmi,
Odlar diyarım yanır?!
Yanır...
diləklər yanır,
güllər, çiçəklər yanır.
Yerdə
sevən-sevilən,
Göydə
mələklər yanır.
Ehey-y-y-y!..
Bu evin bəxti qara,
Astarı-ağ, üzü-qara...
Heç yanmadıq halına,
Çəkdi özünü dara...

Şərhlər