Menu

Kiyev Moskvayla hərbi sazişləri pozdu

08.06.2015, 22:35
Kiyev Moskvayla hərbi sazişləri pozdu

Ukrayna prezidenti Petro Poroşenko iRusiya ilə müdafiə sahəsində 5 ikitərəfli əməkdaşlıq razılaşmasının ləğvi barədə qanunu yunun 8-də təsdiqləyib.Ukrayna parlamenti bu sənədi mayın 21-də qəbul etmişdi.

Bu sənədlərdən birində Moldovanın separatçı dnestryanı regionunda yerləşdirilən Rusiya qüvvələrinin Ukrayna ərazisindən hərəkətinə icazə verilirdi.

Bundan başqa bu razılaşmalarda dövlətlərarası hərbi nəqliyyat əlaqələri,məxfi informasiyaların qorunması, hərbi-kəşfiyatvə hərbi-texniki əməkdaşlıq nəzərdə tutulurdu.

Ukrayna Rusiyanı ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol