Evlərindən yarım ton narkotik maddə tapılan Əliyev, Şirinov və Mehralıyevə 60 il cəza verildi
Rusiyada azərbaycanlı narkobaronların məhkəməsi olub. Anspressin Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Çusovsk məhkəməsi 500 kiloqramdan çox narkotik maddənin müsadirə olunması faktı üzrə bir qrup narkoticarətçi barədə qərar qəbul edib.
Məhkəmə narkobaron olan 3 Azərbaycan vətəndaşı barədə hökmünü elan edib. Qərara görə, A.Əliyev, E.Mehralıyev və N. Şirinovun hərəsi 20 il azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli kaloniyada çəkəcəklər.
Narkotik ticarəti ilə məşğul olan şəxslər ötən ilin mart ayında hüquq-mühafizə orqanları əməkdaşları Perm və Çusov şəhərlərində tutulub.
Onların əsas anbarı Çusov şəhərində kirayə götürülən ev olub. Polislər evin çardağında 22 kisə marixuana tapıblar. Onların ümumi çəkisi 470 kq olub. Zirzəmidəki həşiş isə 62 kq çəkidə olub.


Şərhlər