Menu

Buş Putini qəddar adlandırıb

10.06.2015, 22:07
Buş Putini qəddar adlandırıb

ABŞ-ın Florida ştatının keçmiş qubernatoru və Respublikaçılar partiyasından prezidentliyə mümkün namizəd Jeb Bush Rusiya prezidenti Vladimir Putini “qəddar” adlandırıb.O bildirib ki, ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın təcavüzünə qarşı qəti mövqedə olmalıdırlar.

Jeb Bush bunu iyunun 10-da Berlində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Putinlə işdə güc mövqeindən çıxış etmək lazımdır.

Bush hakim Xristian-Demokrat Partiyası iqtisadi şurasının iclasında çıxış edərkən deyib ki, əgər prezident seçilsə, Vaşinqton Rusiya xalqınıkorrupsiyalaşmış Rusiya hakimiyyətindən uzaqlaşdırmaq üçün Putinə təzyiqləri artıracaq.

Jeb Bush Avropa səfərinə iyunun 9-da Berlindən başlayıb.

İyunun 15-də onun ABŞ prezidentliyi uğrunda mübarizə aparacağını bəyan edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol