Xarici KİV-in məlumatına görə, nəhayət ki, 19 ildən sonra Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq barədə danışıqları başa vurub. Bu barədə beynəlxalq təşkilatın mətbuat xidmətindən məlumat verilib (Rosbalt).
Qazıxıstanın ÜTT-yə daxil olması üzrə layihə iyunun 22-də rəsmi surətdə təsdiq olunacaq. Bundan sonra isə sənəd beynnəlxalq təşkilatın 161 üzv ölkəsi tərəfindən rəsmi qəbul olunmaq üçün Baş şuraya göndəriləcək.
Təşkilatın Baş direktoru Robertu Azevedu iyunun 10-da keçirilmiş iclasda bu barədə deyib: «Mən ÜTT üzvlərini və Qazaxıstan Respublikasını bu tarixi mərhələ münasibətilə təbrik edirəm! Bu gün Qazaxıstanın ÜTT-yə daxil olması barədə danışıqlar sona çatdı. Mən, Qazaxıstanı səbirsizliklə ÜTT-də gözləyirəm...».
İşçi qrupun üzvləri danışıqlar prosesinin başa çatmasını alqışlayıblar. Bu mərhələ «ən böyük çağırışlardan birinə çevrilib». Relizdə qeyd olunur ki, bu ölkənin ÜTT-yə qəbulu məsələsində qarşıya çıxan mürəkkəblik və unikallıq tariflər barədə razılığa gəlməkdən şərtlənirdi ki, bu da Qazaxıstanın Avrasiya İqtisadi İttifaqının üzvü olması ilə bağlı idi.
Xatırladaq ki, Qazaxıstan ÜTT-yə üzv olmaq üçün hələ 29 yanvar 1996-cı ildə ərizə ilə müraciət etmişdi.
AzPolitika.info


Şərhlər