Bakı şəhər, Nəsimi rayonu, Adil Bünyadov küçəsinin bir qrup sakini AzPolitika.info-ya şikayət məktubu göndərib. Məktubda "RTZ" tikinti şirkətini qanunsuz söküntü işlərində ittiham edən sakinlər, saytımız vasitəsilə müvafiq orqanları bu qanunsuzluğu dayandırmağa səsləyirlər.

"Kran evimizin üzərində işləyir, həyatımız hər an təhlükə altındadır", deyə həyacan siqnalı çalan sakinlər daha sonra yazırlar: "3 aydır biz belə təzyiq altında yaşayırıq. Evimizdən çölə çıxmağımız təhlükəli bir işə çevrilib. Buna səbəb "RTZ" şirkətinin apardığı qanunsuz söküntü işləridir. Sizdən xahiş edirik bizim bu acınacaqlı durumumuzu bütün mediaya və insan hüquqları təşkilatlarına, həmçinin müvafiq dövlət qurumlarına çatdırasınız."

Müraciəti bir qrup sakin adından Ələkbər Quliyev və Nazim İsrafilov imzalayıblar.