ReAL-ın icra katibi, iqtisadçı Natiq Cəfərli 8 aydır Azərbaycandan çıxa bilmir. Musavat.com xəbər vərir ki, o, bu barədə Facəbook-da məlumat yayıb.
"Gürcüstanda baş vərən faciəyə görə üzüldüm, Allah ölənlərə rəhmət ələsin, yaralı olanlara şəfa, gürcü xalqına səbr versin! Mən əslən Gürcüstanlıyam, artıq 8 aydır ki, məni ölkədən buraxmırlar, 8 aydır ki, orada yaşayan qohumlarımın toyunda-yasında iştirak edə bilmirəm. Baş Prokurorluğa 3 dəfə rəsmən müraciət etsəm də, "ölkədən çıxmağıma niyə qadağa qoyulub", sualına cavab ala bilməmişəm. Ümid edirəm ki, bu absurd qadağa təzliklə götürüləcək. Qadağa olmasaydı indi Tiflisə gedər, onlara dəstək olardım, ən çox da zooparkın yenidən qurulmasında könüllü çalışardım....", - iqtisadçl yazıb.


Şərhlər