Menu

Qubada həbs olunmuş şəxslərə qarşı ittiham irəli sürülüb

09.01.2014, 17:18
Qubada həbs olunmuş şəxslərə qarşı ittiham irəli sürülüb

Ötən gün Qubada həbs olunmuş şəxslərə qarşı ittiham irəli sürülüb.

APA-nın əldə etdiyi məlumata görə, saxlanılan Vəfanur Məmmədov və Nizami Nəcəfov Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah , onun komplekt hissələrini , döyüş sursatını və sair əldə etmə, başqasına vermə, daşıma) maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) yanvarın 8-də Qubada əməliyyat keçirib. Nəticədə adı çəkilən şəxslər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol