Menu

BMT Mursi ilə bağlı Misir hökumətinə çağırış etdi

17.06.2015, 01:08
BMT Mursi ilə bağlı Misir hökumətinə çağırış etdi

BMT Misir hökumətini ölüm cəzasına moratorium qoymağa çağırıb və bunu da onunla əsaslandırıb ki, ən yüksək cəzanın tətbiqi ölkədəki sabitliyə neqativ təsir edə bilər. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbər görə, BMT baş katibi Pan Qi Mun belə bir çağırışla sabiq prezident Məhəmməd Mursi haqda Qahirə məhkəməsi ölüm hökmünü qüvvədə saxladıqdan çıxış edib. Baş katibin mətbuat xidməti onun məhkəmənin çıxardığı belə hökmdən narahat olduğunu bildirib.

“Qeyd edərək ki, hökmlərdən apelyasiya şikayətləri verilə bilər, baş katib Misir hökumətini müttəhimlərin ədalətli məhkəmə hüququnu təmin eləməyə səsləyib” – təşkilatın məlumatında bildirilir.

Əlavə edək ki, “Müsəlman qardaşları” hərəkatı eks-prezident haqda məhkəmə hökmünü tanımaqdan imtina edib və xalqı üsyana çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol