Menu

Azərbaycanda dəhşət: qızı atın quyruğuna bağlayaraq öldürdülər

17.06.2015, 11:13
Azərbaycanda dəhşət: qızı atın quyruğuna bağlayaraq öldürdülər

Hadisənin intihar, yaxud qətl olduğu dəqiq biinmir.

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb.

Deyilənlərə görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.

Cəlilabad rayon polis şöbəsindən və Prokurorluğundan anspress-ə faktı təsdiqlədilər. Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib. Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol