Menu

Yaponlardan xərçənglə bağlı ixtira

18.06.2015, 00:22
Yaponlardan xərçənglə bağlı ixtira

Yeni metod bir damla qan əsasında təhlükəli hüceyrələri 3 dəqiqəyə aşkar etməyə imkan verir. Yaponiya alimləri xərçəng xəstəliyinin ilkin mərhələlərində diaqnostikasının yeni metodunu tətbiq ediblər.

ANS PRESS-in məlumatına görə, qərb kütləvi-informasiya vasitələrinin verdiyi məlumatda bildirilir ki, yeni metod bir damla qan əsasında təhlükəli hüceyrələri 3 dəqiqəyə aşkar etməyə imkan verir.

Bu məqsədlə xüsusi metal plastinin üzərinə pasientin qanını qoyurlar. Bundan sonra o, ultrabənövşəyi şüaların təsirinə məruz qalır. Əgər pasiyent xərçəng xəstəsidirsə, qan hüceyrələri işıq saçmağa başlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol