Menu

Türkiyənin Azərbaycandakı səfirliyinin bayrağı endirilib

18.06.2015, 11:12
Türkiyənin Azərbaycandakı səfirliyinin bayrağı endirilib

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan edilib.

Modern.az saytı xəbər verir ki, buna görə Türkiyənin bütün ölkələrindəki səfirliklərində bayraqlar endirilib.

Bundan əlavə, Süleyman Dəmrəlin vəfatı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində başsağlığı dəftəri açılıb. Səfirlikdən verilən məlumata görə, mərasim bu gün və sabah saat 10:00-dan 12:00-a, 14:00-dan 17:00-a qədər davam edəcək.

Süleyman Dəmirəl 91 yaşında Ankara xəstəxanasında vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol