Xarici KİV-in yaydığı məlumata görə, elmi-tədqiqatlar üçün pul əldə etmək məqsədilə satdığı Nobel medalı amerikalı bioloq və 1962-ci il Nobel laureatı, ikiqat DNT spiralını kəşf etmiş Ceyms Uotsona qaytarılıb (Rosbalt).
Xəbərdə deyilir ki, 2014-cü ilin dekabrında«Christie's» auksionunda sözügedən medal 4,8 milyon dollara rusiyalı biznesmen Əlişir Usmanova satılıb. Sonradan, Usmanov medalı sahibinə qaytarmaq qərarına gəlib.
Amerikalı alim bu barədə deyib: «Mən çox şadam ki, medal özümə qayıtdı. Mən onu satarkən, elm üçün, tədqiqatları davam etdirmək üçün pul əldə etmək istəyirdim. Cənab Usmanova dərin təşəkkürümü bildirirəm! Bu, çox kövrəldici addımdır...» (TASS).
Usmanov özü təqdimetmə mərasimində iştirak edə bilməsə də, ürək sözlərini alimə çatdırıb.
Rusiya elmlər akademiyasının (REA) prezident zalında keçirilən mərasimdən əvvəl Uotson xərçəng xəstəliyinin öyrənilməsi və dünyanın hər yerində alimlərin, tibb işçilərinin bu xəstəliklə apardığı mübarizənin tarixinə həsr olunmuş geniş mühazirə oxuyub.
AzPolitika.info


Şərhlər