Menu

PUTİN YENƏ GÜC GÖSTƏRİR – “Ordu 2015” sərgisi nəyə xidmət edir? (Fotolar)

18.06.2015, 16:53
PUTİN YENƏ GÜC GÖSTƏRİR – “Ordu 2015” sərgisi nəyə xidmət edir? (Fotolar)

“Rusiyanın təşkil etdiyi yeni silah sərgisi biznesdir, yoxsa igidlik nümayişi?”

Bu yaxınlarda Moskva ətrafında açılmış “Ordu-2015” sərgisi Rusiya tarixində nümayiş etdirilən ən böyük hərbi texnika və silah səgisi olacaq. Həmin sərgidə hərbi sənayenin dirçəlişini əks etdirən yeniliklərlə yanaşı, köhnə sovet texnikasının modernləşdirilmiş nümunələri, xarici ölkələrə satış və daxili istehlak üçün nəzrdə tutulmuş ən müasir silah növləri nümayiş etdirilir.

ABŞ və Kanada üzrə dövlət institutunun direktoru Pavel Zolotaryov sərgi barəsində deyib: “İndi bizim hərbi sənaye kompleksimizin geniş miqyasda dirçəldilməsi üçün böyük səylər göstərilir. Bu istiqamətdəki əvvəlki cəhdlər maliyyə çatışmamazlığı ucbatından heç bir nəticə verməmişdi. Hazırda gec də olmuş olsa, həyata keçirilmək istənilən cəhdlər, Rusiya ordusunun müasir siahlarla təchiz edilməsi məqsədini daşıyır”.

Lakin sərginin keçirilməsinin digər məqsədi də var. Burada əsas məsələlərdən biri də cəmiyyətin ümumi əhval-ruhiyyəsini yüksəldərək, sovet dövründən sonra hərbçilərə ictimai münasibətdə pozitiv dəyişiklik yaratmaqdır. Bu şou müdafiə nazirliyi və milli kosmik agentlik tərəfindən maliyyələşdirilib və keçirilməmişdən hələ bir neçə ay öncədən çox təriflənilir. Sərgiyə rusiyalılarla yanaşı, hərbi məsələlər üzrə çox saylı mütəxəsislərin, şərhçilərin və mümkün alıcıların da gəlişi gözlənilir. Kütləvi İnformasiya Vasitələrinin məlumatına əsasən, indiki hərbi forumda Rusiyanın 5000 ədəd ən müasir silah sistemləri nümayiş olunacaq. Sərgi keçirilən dövrdə Rusiyanın ən yaxşı aviasiya komandası yüksək uçus qabiliyyəti, tankçılar isə “tank baleti” adlandırdıqları müxtəlif şou-tamaşalar nümayiş etdirəcəklər. ”Ordu-2015”-in nümunələri içərisində, bütün mənalarda 21 əsrdə baş verə biləcək döyüşlər üçün yararlı sayılan və yüksək dəqiqlikli atəş qabliyyətinə malik yeni artilleriya toplarını xüsusilə qeyd etmək mümkündür. Bu toplar pilotsuz uçuş aparatlarını və digər dəqiq atəş qabliyyətli silahların döyüş başlıqlarını 10 kilomet uzaqlıqdan vura bilmək özəlliyinə malikdir. Əlavə olaraq, sərgidə bütün növ yeni döyüş təyyarələri və həmçinin də ilk postsovet ailəsindən olan zirehli maşınlar göstəriləcək. Həmin zirehli texnikanın içərisində bu ilin may ayında qələbə paradında gördüyümüz yeni döyüş tankı “Armata” xüsusi maraq doğuracaq. Avtomat tüfəng istehsal edən “Kalaşnikov” konserni yeni silahlar, zirehli gödəkcələr və xüsusi təyinatlılar üçün istənilən hava şəraitində geyinilə biləcək paltarlar nümayiş etdirəcək.

ÇƏTİN DİRÇƏLİŞ

Zalotaryov qeyd edir ki, Rusiya silahlı qüvvələri “Ordu -2015” sərgisində görəcəyimiz silahlara olan ehtiyacdan qat-qat artıq prblemlə üz-üzədir. Çünkü hazırda Rusiya geniş miqyaslı yeni silhlanma proqramı həyata keçirir. Beləki, bu proqram çərçivəsində 2020-ci ilə qədər hərbi texnika və silahların 70%-inin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. İqtisadi böhranla əlaqədar olaraq, beşinci nəsil qırıcı təyyarələrin istehsalı da daxil olmaqla, bir neçə əsas proqramın gecikməsinə baxmayaraq, Rusiya mətbuatı iddia edir ki, müasir silahların alışı və hazırlanması bir proses kimi bundan sonra arası kəsilmədən həyata keçiriləcək. Təxminən 25 il əvvəl Rusiya Hərbi Şənaye Kompleksi (HSK) Sovet İttifaqı ilə birlikdə çökdü və prezident Putinin 700 milyard dollarlıq yenidən silahlanma proqramına baxmayaraq, onlar hələ də bu sahədə ixtisaslaşmış kadr çatışmazlığından, böyük həcmədəki vəsaitlərin lüzumsuz xərclənməsindən və istehsal edilən hərbi məhsulların qənaətbəxş olmamasından əziyyət çəkirlər.

Rusiyanın kosmosa uçuşu yenidən dirçəltmək məqsədi ilə həyata keçirmək istədiyi ambisiyalı cəhdləri də bir neçə qəza ilə müşahidə olunub. Hətta NATO təsnifatında “ayı” adlandırılan və Sovet dövrünün ən etibarlı strateji turbo pərli bombardmanç ”TU-95” təyyarələri də uçuşlar zamanı bir sıra xoşagəlməz hadisələrlə qarşılaşıb. Soyuq müharibə dövründə qlobal patrul uçuşları həyata keçirən TU-95 təyyarəsinin bu yaxınlarda Avropa və Amerikaya doğru uçması böyük sensasiyaya səbəb olub. Lakin ekspertlərin fikrinə görə, hər halda bütün bu çatışmazlıqlar Rusiyanın hərbi imkanlarını və əhalinin vətənpərvərlik əhval-ruhiyyəsini qaldırmaq məqsədi ilə təşkil edilən “Ordu-2015” şousuna kölgə sala bilməz. Bu məsələ ilə bağlı Zolotaryov deyib: ”Təşkil olunan bu sərginin başlıca məqsədlərindən biri, vətənpərvərlik hisslərinin stimullaşdırılması və həmçinin gənclər arasında hərbçilərin ictimai imicinin qaldırılmasına xidmət göstərir”.

(Christian Science Monitor)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol