Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər.
Goal.com saytı yazır ki, Avropa Oyunlarının açılış mərasimindən sonra Bakı Olimpiya Stadionu Çempionlar Liqasının final görüşünə yaxşı məkan ola bilər.
AFFA-nın baş katibi Elxan Məmmədov sayta müsahibəsindəgələcəkdə bunun mümkünlüyünü istisna etməyib.
O deyib ki, Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutur vəregionda ən böyük stadiondur.
Onda nəyə görə Avropa və ya Çempionlar liqasının final görüşlərinə namizəd olmayaq?-deyə o bildirib.
"Avro-2020"nin final mərhələsinin 4 oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək. /"Azadlıq" radiosu


Şərhlər