Menu

"Zakir Həsənovla telefonda danışmıram" - Ohanyan

19.06.2015, 22:33
"Zakir Həsənovla telefonda danışmıram" - Ohanyan

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycan müdafiə naziri Zakir Həsənovla heç vaxt telefonla danışmadığını deyib.ANS PRESS-in məlumatına görə, Ohanyan İrəvanda keçirilən NATO Parlament Assambleyasının “Rose-Roth” seminarı verilən sualı cavablandırarkən belə deyib.

Müdafiə nazirləri arasında telefon əlaqələrinin kəsilməsinə görə Azərbaycan tərəfini günahlandıran Ohanyan 2008-ci ildən əlaqələrin kəsildiyini deyib:“2008-ci ilədək müxtəlif səviyyələrdə telefon əlaqəsi var idi".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol