Rusiya-Çin münasibətlərində qarşılıqlı inam bütün tarixi boyu ilk dəfə misli görünməmiş səviyyəyə yüksəlib. «Rosbalt»ın yaydığı məlumata görə, bu fikri dünən Peterburq beynəlxalq iqtisadi forumunda (PBİF-2015) Rusiya Federasiyasının prezidenti Vladimir Putin səmsləndirib.
«Biz 40 il sərhədyanı problemlərlə bağlı danışıqlar apardıq. Lap bu yaxınlarda «düyünü açdıq» və bu məsələni qapatdıq» - deyə, dövlət başçısı əlavə edib.
Prezident qeyd edib ki, Rusiya Çinlə iqtisadi əlaqələri inkişaf etdirir, müxtəlif sahələr üzrə əməkdaşlıq edir, birliklər yaradır. Məsələn, Putin xatırladıb ki, Şanxay əməkdaşlıq təşkilatının (ŞƏT) yaxşı perspektivləri var. Dövlət başçısı Ufada keçirilməsi gözlənilən sammitdə Hindistan və Pakistanın da bu təşkilata qoşulmaq məsələsinə baxılacağını istisna etməyib.
AzPolitika.info


Şərhlər