Menu

Türkiyədə 4 sabiq nazir toxunulmazlıqdan məhrum ediləcək

11.01.2014, 10:37
Türkiyədə 4 sabiq nazir toxunulmazlıqdan məhrum ediləcək

Türkiyədə rüşvət və korrupsiya qalmaqalında adları hallanan 4 sabiq nazirin toxunulmazlıqdan məhrum edilərək məsuliyyətə cəlb olunması haqqında dosye hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib.

APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçmiş nazirlər, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri Zəfər Çağlayan, Müəmmər Gülər, Egemen Bağış və Ərdoğan Bayraktar haqqında prokurorluğun hazırladığı dosye Ədliyyə Nazirliyi tərəfindən araşdırılır. Ədliyyə naziri Bəkir Bozdağ araşdırma yekunlaşdıqdan sonra dosyenin Böyük Millət Məclisinə göndəriləcəyini açıqlayıb.

Qeyd edək ki, AKP parlamentdə çoxluq təşkil edir. Onlar səs verməsə, keçmiş nazirlərin deputatlıqdan məhrum edilərək mühakimə olunması mümkün deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol