İsrailin keçmiş baş naziri, keçirtdiyi insultdan sonra 7 ildir koma vəziyyətində olan Ariel Şaron keçinib.

Virtualaz.org bu barədə “Röyter”ə istinadən xəbər verir. 85 yaşlı siyasətçinin vəziyyəti bu il yanvarın əvvəllərindən başlayaraq pisləşib. Həkimlər onun həyati vacib orqanlarının funksiyasını dayandırdığını bildiriblər.

Baxmayaraq ki, Şaronun beyin fəaliyyəti hələ aktiv idi və o, yaxınlarının səslərini eşidəndə reaksiya verirdi. Həkimlər bildirmişdilər ki, Şaronun yaşamaq şansı qalmayıb və onun müalicəsini davam etdirməyin mənası yoxdur. Ərəb-İsrail müharibəsində iştirakı zamanı “buldozer” ləqəbi qazanmış Şaron 2006-cı ildə keçirtdiyi insultdan sonra komaya düşmüşdü.