Menu

Temperatur 42 dərəcəyə yüksələcək - Hava proqnozu

23.06.2015, 12:45

qusSabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol