Xəstəxana nümayəndələri hücum sonrası heç bir ölüm və yaralı olmadığını açıqlayıb.
İsrail ordusuna məxsus hərbi təyyarələr Qəzzaya hücum təşkil edib. Anspress məlumatına görə, İsrail qırıcıları Qəzzanın şimalında yerləşən Beyt Hanun bölgəsinə raket zərbəsi endirib. Bu barədə “Haaretz” xəbər yayıb.
Xəbərdə bildirilir ki, atılan raket zərbəsinin əkin sahəsinə düşməsi nəticəsində təsərrüfat məhsullarına böyük miqdarda ziyan dəyib.
Qəzzadakı xəstəxana nümayəndələri hücum sonrası heç bir ölüm və yaralı olmadığını açıqlayıb.
İsrailin bölgədə uçuşları davam edir. Ordudakı səlahiyyətli şəxslərdən biri İsrail radiosuna verdiyi açıqlamada cənubda yerləşən Hof Aşkelon yəhudi kampına Qəzzadan raket atıldığını bildirib.
Yerli hakimiyyət bu hücuma görə Həması təqsirli bilir.


Şərhlər