"... oğlum yaşda adamlarla hərbi xidmətə getməliydim"
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilov sosial şəbəkədəki səhifəsində status yazaraq, "Yeni Müsavat"ın köşə yazarı, musavat.com saytının baş redaktoru Xalid Kazımlıya qarşı bir sıra ittihamlar sürüb. O, Rauf Arifoğlunun 2002-ci ildə X.Kazımlını hərbi xidmətdən saxlatmaq üçün Heydər Əliyevin yanında məsələ qaldırdığını bildiri. X.Kazımlını işğal altında olan Füzulidən olduğu halda torpaqların müdafiəsidə durmaqdan imtina etməkdə təqsirləndirib.
N.Adilovun ittihamlarına sosial şəbəkədə cavab yazan Xalid Kazımlı bildirib: "Əli Kərimli barədə yazdığım yazılara Natiq Adilov guya ki, cavab verib, bəzi iddialar irəli sürüb. Kimsə bu statusu ona göndərsin.
O vaxt məni sırf siyasi motivlərlə, qanunsuz olaraq əsgərliyə aparmaq istəyirdilər. Mən EHTİYATa buraxılmış zabit ola-ola oğlum yaşda adamlarla hərbi xidmətə getməliydim. Müqavimət göstərdik, qanuni haqqımı bərpa etdik - Rauf Arifoğlunun köməyi ilə. Fazil Mustafanı aparmışdılar deyə səsi çıxanın hamısını bu cür aparmaq istəyirdilər. Biz o layihəni durdurduq. Gördülər ki, bu cür olmayacaq. Müharibədə iştiraka gəlincə isə hər halda qısamüddətli olsa da 1993-də Ağdamda vzvoda komandirlik etdiyim olub. Cəbhə xatirələrim Kulis.az-da çap olunub.

Şərhlər