Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oğlu Bilal Ərdoğanla məzarlığa gedib.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, baş nazir oğlu ilə birlikdə atasının və anasının məzarlarını ziyarət edib, dua oxuyub. Onlar daha sonra tikilməkdə olan Çamlıca məscidinə gediblər.

Hakimlər, prokurorlar haqqında danışan baş nazir: "Bunlar hüquqşünas deyillər gəlib havanı çirkləndirirlər. Əgər danışmaq istəyirlərsə millət vəkili olsunlar. Gəlib danışsınlar."

Daha sonra baş nazir Kılıçdaroğlu haqqında danışaraq onu "Kaset Naziri" adlandırıb:- "Əgər kasetlər olmasaydı Kıkıçdaroğlu partiya başqanı olmayacaqdı. Kılıçdaroğlu Kaset Baş Naziridir."-deyib.