Menu

Gürcüstanı yeni daşqınlar gözləyir?

24.06.2015, 18:27
Gürcüstanı yeni daşqınlar gözləyir?

Yaxın günlərdə Gürcüstanda göy gürültusu ilə müşayiət olunacaq güclü yağış və dolu gözlənilir. Bəzi yerlərdə daşqınlar ola bilər. Bu barədə məlumatı ətraf mühit üzrə milli Agentliyin (ƏMMA) monitrinq və proqnozlaşdırma Mərkəzi məlumat yayıb («İnterfaks»).

Agentliyin məlumatında deyilir: «İyunun 24-ü günün axırına və iyunun 27-ə qədərki müddət ərzində də Gürcüstanın bütün ərazilərində yağıntılı hava şəraiti gözlənilir. Bəzi rayonlarda şimşək çaxmaqla yağış, bəzi yerlərdə isə dolu və sürəti saniyədə 22 metrə çatacaq külək gözlənilir. Güclü yağıntılar bəri çaylarda və onların qollarında suyun artmasına və daşqına səbəb ola bilər».

ƏMMA hidrometeorologiya departamentinin başçısı Ramaz Çitanava məhz hansı bölgədə daşqınların olacağı barədə konkret söz demyə çətinlik çəkdiyini bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol